image-375761453_605890971749229_190676096936973559_nbackend

“İran nefti standartlara uygun deyil” – İranın Neft Nazirliyi

image-reklam_sirab_01

“İranda istehsal olunan benzinin yalnız beşdə biri standartlara uyğundur”
Vətəninfo.az xəbər verir ki, bunu İranın Neft Nazirliyi bildirib

İranın Neft Nazirliyinin sızdırılmış məxfi sənədində göstərilir ki, ölkədə istehsal olunan benzinin yalnız beşdə biri Avro 4 və Avro 5 standartlarına cavab verir.

Sənədə əsasən, Şazənd neft emalı zavodunda gündəlik cəmi 7,3 milyon litr Avro-4 markalı benzin, İsfahan, Təbriz və Bəndər-Abbas neft emalı zavodlarında isə 15 milyon litr Avro-5 markalı benzin istehsal olunur.

Ötən ilin yayından etibarən İran İslam Respublikası benzin qıtlığı ilə üzləşib və onu kompensasiya etmək üçün neft-kimya məhsulları və aromatik maddələr kimi külli miqdarda qeyri-standart materialları emal zavodlarının istehsal etdiyi benzinlə qarışdırır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki