Kirman əyalətindəki hərbi hissədə çağırışçı əsgər beş əsgər yoldaşını öldürüb.
Vətəninfo.az xəbər verir ki, bu barədə İran Ordusunun Cənub-Şərqi Regional Qərargahının komandanı briqada generalı Əmir Qulaməlian bildirib.
O deyib ki, çağırışçı hərbi mövqedə dincələn əsgərlərə atəş açıb və sonra hadisə yerindən qaçıb.
Qolaməlian atışmanın motivinin müəyyən edilməsi üçün araşdırmalara başlandığını, həmçinin çağırışçının təqibinin davam etdiyini vurğulayıb.