image-1backend

İran parlamentinin erməni deputatı: “Ermənistan İran xalqından kömək istəyib”

image-reklam_sirab_01

İran parlamentinin erməni deputatı Robert Beqlaryan “News.am” qəzetinə müsahibəsində İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin Xarici İşlər Nazirliyinə yazdığı məktubda təcili tədbir görülməsini və İrandan Ermənistana humanitar yardım göndərilməsini istədiyini bildirib.
İsfahanda yaşayan ermənilərin parlamentdəki təmsilçisi habelə məsələ ilə bağlı İranın Qızıl Aypara Cəmiyyəti ilə danışıqlar apardığını da qeyd edib. Vətəninfo.az xəbər verir ki, deputat bu fikirləri Zirnevis News saytına açıqlamasında bildirib.
Onun sözlərinə görə, İran hökuməti sözügedən yardımı hazırlayır.
“Mən və İran parlamentinin digər erməni deputatı Ara Şaverdiyan xarici işlər nazirinin müavini ilə görüşdük və Qarabağdakı vəziyyət, insanların durumu və “törədilmiş cinayətlərlə” bağlı narahatlığımızı bildirdik. Biz İran Xarici İşlər Nazirliyindən bu məsələlərə daha diqqətlə yanaşmağı xahiş istədik”,- deyə İran parlamentinin erməni deputatı əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki