image-9backend

İran parlamentinin rəsmisi: “Qoşulmama Hərəkatına üzv ölkələrin iclası Tehran-Bakı əlaqələrinin yaxşılaşması üçün fürsətdir”

image-reklam_sirab_01

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Əbülfəzl Əmuyi İRNA-ya müsahibəsində Qoşulmama Hərəkatına üzv ölkələrin toplantısının keçirilməsini Tehran-Bakı münasibətlərini ləyaqətli şəkildə inkişaf etdirmək üçün fürsət kimi dəyərləndirib:
“İran Azərbaycanla əlaqələrin inkişafına qarşı deyil, amma bizim prinsipial mövqeyimiz geosiyasi sərhədlərin dəyişdirilməsinə qarşı çıxmaqdır.
Onun sözlərinə görə, bu iclas həm də mümkün anlaşılmazlıqları aradan qaldırmaq və onları inkişaf etmiş diplomatik əlaqələrlə əvəz etmək məqsədilə İranın Azərbaycanla fəal diplomatiyasını təşviq etmək baxımından bir fürsətdir.
“İran Azərbaycanı Şimal-Cənub Dəhlizinin effektiv hissəsi hesab edir” deyən parlament rəsmisi əlavə edib:
“Bu dəhlizin inkişafı iki ölkənin xalqlarının güclənməsinə yönəlib və İranla Azərbaycan arasında ticarət əlaqələrini yaxşılaşdıracaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image