Vətəninfo.az Tasnim News-ə istinadən xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf dünən Sankt-Peterburqda Ermənistan parlamentinin sədr müavini Rubin Rubinyanla görüşündə deyib:
■ İranın keçmiş və hazırkı hökumətləri dövründə, o cümlədən 11-ci və 12-ci çağırış parlamentlərdə qəti siyasətimiz qonşularımızla əlaqələri genişləndirməyə yönəlib;
■ Bizim qırmızı xəttimiz İranın qonşuluğunda istənilən sərhəd dəyişikliyidir və biz bunu dəfələrlə vurğulamışıq;
■ Ermənistanla iqtisadi əlaqələrimiz əlverişlidir və biz bu əlaqələri inkişaf etdirməyə doğru hərəkət etməliyik;
■ İslam Respublikasının fəxr etdiyi məqamlardan biri də parlamentdə ilahi dinlərin nümayəndələrinin olmasıdır”.