image-1backend

İran parlamentinin sədri Livana təyyarəni özü sürdü

image-reklam_sirab_01

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf Livan rəsmiləri ilə görüşmək və İsrailə qarşı müqavimət hərəkatını dəstəkləmək üçün Beyruta gedib.

İran KİV-i xəbər verir ki, Qalibaf təyyarənin idarəetmə sükanı arxasında əyləşməklə sosial mediada diqqət çəkib.

İran mediası yazır ki, SEPAH-ın Hərbi Hava Qüvvələrinin keçmiş komandanı kimi tanınan Məhəmməd Qalibaf Airbus təyyarələrinin pilot diplomuna malikdir.

O, ara-sıra sərnişin təyyarələrini idarə edir. Parlament sədri Düşənbə səfərində olduğu kimi, bu gün də hava gəmisini özü idarə edərək Livana gedib.

Qalibaf Livandan Beynəlxalq Parlamentlərarası Assambleyada iştirak etmək üçün Cenevrəyə gedəcək.

Sabah başlayacaq Beynəlxalq Parlamentlərarası Assambleyada müzakirələrin mühüm hissəsi İsrailin Livan və Fələstinə qarşı hərbi əməliyyatları ilə bağlı olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki