İran Polis Komandanlığının (FƏRACA) sözçüsü Səid Müntəzir əl-Mehdi bildirib ki, İsraillə baş vermiş 12 günlük müharibə zamanı ölkədə ümumilikdə 21 min nəfər saxlanılıb. Onun sözlərinə görə, həmin şəxslər əsasən vətəndaşların məlumatları nəticəsində ələ keçib.
Bildirilib ki, daha öncə 2 mindən çox şəxs həbs olunub, ancaq sonrakı əməliyyatlar nəticəsində bu say əhəmiyyətli dərəcədə artıb.
Polis rəsmisi əlavə edib ki, sosial şəbəkə da bu prosesdə mühüm döyüş meydanına çevrilib. Onun sözlərinə görə, müharibə dövründə 5700-dən çox kibercinayət faktı araşdırılıb. Bunlara onlayn dələduzluq, ölkədən icazəsiz pul çıxarılması və digər qanunsuz fəaliyyətlər daxildir.