Vətəninfo.az xəbər verir ki, dünən İranın Moskvadakı səfiri Kazım Cəlali ölkə prezidenti Məsud Pezeşkianın yanvarın 17-də Rusiyaya səfər edəcəyini açıqlayıb.
Səfirin sözlərinə görə, Məsud Pezeşkianın Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə iki ölkə arasında əməkdaşlıq müqaviləsi də imzalanacaq.
Kazım Cəlali Rusiya qazının İrana nəqli planının Tehran və Moskvanın digər mühüm iqtisadi layihələrindən biri olduğunu vurğulayıb və bu planın tezliklə başa çatacağına ümid edib.