Vətəninfo.az “Fars News” istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisi Cənubi Afrikanın ev sahibliyi etdiyi BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət qrup) sammitində iştirak etmək üçün çərşənbə günü Yohannesburqa gedəcək.
Məlumata görə, İbrahim Rəisi Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosanın dəvəti ilə bu ölkəyə yola düşəcək.