image-1backend

İran Prezidenti: “Evdə temperaturu 2 dərəcə aşağı salın”

image-reklam_sirab_01

Dünən İran Prezidenti Məsud Pezeşkian xalqa səslənərək, soyuq günlərdə bütün ölkəyə yanacaq verilişinin davam etdirilməsinə kömək etmək üçün əhalini evlərdəki havanın temperaturunu iki dərəcə aşağı salmağa çağırıb.

“Havanın çirklənməsi və cəmiyyətimizin sağlamlığına vurduğu zərərləri nəzərə alaraq, eləcə də ölkədə keyfiyyətsiz yanacağın olması səbəbindən evlərimizin və iş yerlərinin istiliyini bacardığımız qədər idarə edirik. Ölkə əhalisindən xahiş edirik ki, daha çox yanacağa qənaət etmək üçün evlərdə istiliyi ən azı 2 dərəcə aşağı salın ki, bu soyuq aylarda vətəndaşları yanacaqla təmin edə bilək. Bu məsələdə anlayışlarına görə insanlara təşəkkür edirik”, – deyə, Pezeşkian qeyd edib. (ISNA)

Qeyd edək ki, İranda 72 neft (və qaz-neft) və 21 qaz yatağı müəyyən edilmişdir. Çıxarıla bilən ehtiyatlarla – 500 milyon tondan çox neft və 500 milyard m³ təbii qaz ehtiyatı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image