image-1backend

İran prezidenti hicab qanununa veto qoydu

image-reklam_sirab_01

Vətəninfo.az  xəbər verir ki, İran hökumətində hicab qanunu ilə bağlı qarşıdurma başlayıb. Bild xəbər verir ki, parlamentin qəbul etdiyi yeni qanun qadınların hicab taxması tələbini sərtləşdirir və pozuntu halında ciddi cəzalar tətbiq edir, lakin İran prezidenti Məsud Pezeşkian bu qanunun yeni sosial iğtişaşlara səbəb ola biləcəyindən ehtiyat edərək qanuna veto qoyub.

İranın “Həmşəri” nəşri yazır ki, prezident məsələni İranda əsas qərar qəbul edən orqan olan Ali Milli Təhlükəsizlik Şurasına həvalə edib və bu, qanunun qismən ləğvinə səbəb ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image