image-reklam-veteninfo
image-1backend

İran prezidenti yaxın həftələrdə  Pakistana səfər edəcək

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, prezident Məsud Pezeşkian yaxın həftələrdə Pakistana yollanacaq.

Səfərin məqsədi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, xüsusilə regional əməkdaşlıq, enerji və iqtisadiyyat sahələrində əlaqələrin genişləndirilməsi olaraq göstərilir.

Səfərin tarixi İran və Pakistanın daxili işlər nazirləri arasında keçirilən telefon danışığı zamanı razılaşdırılıb.

Qeyd edək ki, Pakistan 12 günlük müharibə zamanı neytral mövqe sərgiləsə də, beynəlxalq platformalarda İrana dəstəyini ifadə edib. Bu vəziyyət iki ölkə arasında diplomatik əlaqələrin güclənməsinə təkan verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki