image-1backend

İran prezidentindən sensasion açıqlama : ”ABŞ və Avropa liderləri verdikləri sözə əməl etmədi”

image-reklam_sirab_01

İran prezidenti Məsud Pezeşkiyan ABŞ və Avropa liderlərinin İranın ”Həmas” Siyasi Bürosunun başçısı İsmayıl Haniyənin öldürülməsinə cavab verməyəcəyi təqdirdə Qəzzada atəşkəs elan edəcəklərini vəd etdiklərini, lakin buna əməl etmədiklərini bildirib.
Vətəninfo.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Məsud Pezeşkiyan dünən keçirilən Nazirlər Şurasının iclasında çıxış edib.
Məsud Pezeşkiyan İsrailin bölgədəki təcavüzü və onun qərbli havadarlarına toxunaraq deyib: ”Sionist rejimin cinayətləri qəbuledilməzdir və cavabsız qalmayacaq. İranın Haniyənin öldürülməsinə cavab verməyəcəyi təqdirdə atəşkəs vəd edən ABŞ və Avropa ölkələri liderlərinin iddiaları tamamilə yalandır. Bu cür cinayətkarlara şans vermək onları daha çox cinayət törətməyə həvəsləndirməkdən başqa işə yaramır”.
İran prezidentinin açıqlamaları ölkədə mübahisələrə səbəb oldu.
Gecə saatlarında İran Ali Milli Təhlükəsizlik Şurasının binası qarşısına toplaşan bir qrup hakimiyyətdən bu bəyanatlara görə cavab tələb edib.
”Həmas” lideri İsmayıl Haniyənin iyulun 31-də paytaxt Tehranda öldürülməsindən sonra İran İsraildən qisas almağa qərar vermişdi.
Bu arada rəsmi Tehranın İsrailin Qəzzaya hücumlarını daimi olaraq dayandırması müqabilində hücum niyyətindən vaz keçəcəyi ilə bağlı iddialar səslənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki