image-1backend

İran prezidentinin helikopteri qəzaya düşüb, yoxsa vurulub? – Hesabat yayımlandı  

image-reklam_sirab_01

İran Baş Qərargahı mərhum prezident İbrahim Rəisinin həyatını itirdiyi helikopter qəzası ilə bağlı hesabatında elektron müharibəyə müdaxilə və ya təxribata dair heç bir dəlil olmadığını bildirib.

Vətəninfo.az xəbər verir ki, qərargah İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər rəsmilərin həlak olduğu helikopter qəzası ilə bağlı ikinci araşdırma hesabatını yayınlayıb.

Məlumatda bildirilir: “Helikopterin texniki xidmət və təmir qeydləri araşdırılıb və bununla bağlı heç bir problem aşkar edilməyib. Qəzaya 69 saniyə qalmışa qədər ekipajla əlaqə kəsilməyib.

Helikopterin qalıqları və hissələri üzərində aparılan araşdırmalar və götürülən nümunələrə əsasən, təxribat və ya elektron müharibəyə müdaxilə dəlili aşkar olunmayıb.

Qəzanın əsl səbəbi aşkarlanana qədər araşdırmalar davam etdiriləcək və nəticələr ictimaiyyətlə paylaşılacaq”.

Xatırladaq ki, İranın mərhum prezidenti İbrahim Rəisi mayın 19-da (2024) İran-Azərbaycan sərhədində bəndin açılış mərasimindən qayıdarkən helikopter qəzasında həlak olub. Qəzada xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə yanaşı, daha 8 məmur həyatını itirib.

İran Baş Qərargahı mayın 24-də qəzanın səbəblərilə bağlı ilk ibtidai istintaq hesabatında bildirib ki, helikopterin hissələrində güllə və ya oxşar xarici obyekt izləri aşkar edilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki