“Entekhab” saytı yazır: “İran prezidenti İbrahim Rəisinin helikopterinin Şərqi Azərbaycan əyalətinin şimalında qəzaya uğraması aviasiya sisteminin zəifliyi və ya uçuş standartlarına diqqət yetirilməməsi ilə bağlı çoxlu suallar doğurub.
İranın “Tərbiət Modərres” Universitetinin Aerokosmik Departamentinin üzvü və Aerokosmik Tədqiqatlar İnstitutunun keçmiş rəhbəri Fəthullah Ommi İranın aviasiya avadanlığının köhnə olması iddiası ilə bağlı bildirib: “Məsələ çox mürəkkəb və texnikidir. Ümumiyyətlə, hava şəraitinin yoxlanılmasında nöqsan olduğunu söyləmək olar.
Əgər standartlara cavab verərsə, hansı yaşda olsa belə helikopterin uçmasına heç bir maneə yoxdur”.
“Amerikada köhnə təyyarələr də var. Təbii ki, ümumiyyətlə, təyyarələrin orta yaşı 15 ildən çox olmamalıdır, amma bizdə bu, 25 ildir”, – deyə o, əlavə edib.