Vətəninfo.az xəbər verir ki, ABŞ-ın BMT-dəki keçmiş səfiri və prezidentliyə namizəd Nikki Haley “Fox News”-a müsahibəsində İrandakı rejimə qarşı planlarını açıqlayıb.
“Biz İran rejimini dayandırmalıyıq.
Onların əldə etdiyi hər bir dollar terrora xərclənir. Bu pullar İran xalqına deyil, onların terror aktlarına xərclənir.
Biz onların iqtisadiyyatını məhv etməli və heç vaxt nüvə bombası əldə etməmələri istiqamətində addım atmalıyıq.
Biz onları diz çökdürməliyik. Bunu həyata keçirənədək dayanmamalıyıq!”


























