image-2backend

İran qida çatışmazlığına görə dünyada 90-cı yerdədir

image-reklam_sirab_01

22Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı “Dünyada Qida Təhlükəsizliyi və Qidalanmanın Vəziyyəti” adlı son hesabatında 2021-2022-ci illər ərzində İranda qida çatışmazlığının statistikasını açıqlayıb.
Statistika göstərir ki, bu müddət ərzində İran əhalisinin 6,1%-i qida çatışmazlığı problemi ilə üzləşib. Bu, ondan əvvəlki dövrdə, 2018-ci ildən 2020-ci ilə qədər İran əhalisinin 7%-dən çoxunun qida çatışmazlığı ilə bağlı problemləri olduğuna işarədir.
Hesabatının başqa bir hissəsində dünyanın 167 ölkəsi qida çatışmazlığı baxımından müqayisə edilib və İranın bu baxımdan 90-cı olduğu açıqlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki