image-1backend

İran regionda Rusiya və MDB ölkələrinə nüfuz etməyə çalışır

image-reklam_sirab_01

İran regionda Rusiya və MDB ölkələrindən malların tranzitini asanlaşdıra bilər.
Vətəninfo.az xəbər verir ki, bu barədə İran-Rusiya Birgə Ticarət Palatasının prezidenti Hadi Tizxuş Taban bildirib.
“Regionda baş verən hadisələri nəzərə almaq, İranda mövcud olan unikal imkanları nəzərə almaq və istifadə etmək vaxtı çatıb. İran Rusiyanı regionun digər ölkələri ilə birləşdirə və regionda ticarətin inkişafı üçün böyük bazaya çevrilə bilər”, – deyə Taban “Rusiya-İslam Dünyası: KazanForum” beynəlxalq iqtisadi konfransı zamanı bildirib.

Onun sözlərinə görə, bəzi İslam ölkələri öz mallarını İran ərazisindən tranzit keçirə bilər.
“İranın strateji mövqeyini nəzərə almaq MDB ölkələrinə tranzit yüklərin daşınmasına kömək etmək üçün vacibdir”, – o əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki