Dünən Qəzvində SEPAH-ın Qüds qanadının öldürülmüş komandanı Qasım Süleymaninin heykəli hökumət tərəfindən yenidən bərpa olunub. Onun heykəlinin etiraz aksiyaları zamanı qəzəbli nümayişçilər tərəfindən yandırıldığı bildirilir.
Süleymaniyə aid heykəlin bərpası ilə bağlı görüntülər sosial mediada yayılıb. Paylaşılan videolarda heykəlin əvvəlki yerində yenidən qurulduğu görünür.
Qeyd edək ki, Qasım Süleymaninin heykəli ölkə boyu keçirilən etiraz aksiyaları zamanı rejimə qarşı simvolik hədəflərdən birinə çevrilmiş və nümayişçilər tərəfindən atəşə verilmişdi.


























