image-reklam-veteninfo
image-1backend

İran rəsmi olaraq ölkənin ilk hava taksisini istifadəyə verib

image-reklam-veteninfo

İran milli aviasiyanın inkişafında yeni səhifə açaraq, ölkənin ilk hava taksisini rəsmən istifadəyə verib. 

Vətəninfo.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb . İlk hava taksi reysi Kərəc və Qəzvin şəhərlərini birləşdirərək müntəzəm nəqliyyatın başlanğıcını qeyd edib. 

Nazirin müşaviri, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan Xüsusi İqtisadi Zonanın və Payam Beynəlxalq Hava Limanının baş meneceri Möhsün Həsənlu bu tədbirin ölkənin aviasiya sənayesi üçün əhəmiyyətini vurğulayıb.

“Hava taksilərinin tətbiqi az yüklənmiş hava yollarının canlanmasında mühüm rol oynayacaq”, – Həsənlu qeyd edib. 

Onun sözlərinə görə, İranda ilk hava taksisinin istifadəyə verilməsi ölkənin nəqliyyat infrastrukturunun modernləşdirilməsi və aviasiya xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm addım hesab olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki