image-346258852_775725024273533_7478810992654839679_nbackend

İran rəsmisi: “Dördlü dəhlizin yaradılması ilə ticarət və tranzit inkişaf edəcək”

image-reklam_sirab_01

22 Araz Azad Ticarət Zonanın baş direktoru Məcid Kiyani keçirdiyi mətbuat konfransında özəl sektorun istehsal və ixrac üçün sözügedən azad zonaya 5 milyard dollar sərmayə qoyduğunu açıqlayıb. Vətəninfo.az “Rah Emrooz” saytına istinadən xəbər verir ki, Məcid Kiyani dördlü dəhlizin yaradılması ilə ticarət və tranzit inkişaf edəcək. : “Rusiya, Gürcüstan, Ermənistan, Naxçıvan və Culfanın ərazisindən keçən dəhliz yenidən işə salınmalıdır; Çünki bu dəhlizi qurmaqla biz tranzitə və ticarətə başlaya bilərik”.
“Belə ki, bu marşrut, onun dəmir yolu xətti zədələnənə qədər idxal payının 76%-ni təşkil edirdi və indi də beynəlxalq səviyyədə danışıqların aparılmasına ehtiyacı var”,-deyə o, əlavə edib.
Kiyani, habelə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinin investisiyaların cəlb edilməsinə şərait yaradacağını deyib: “Türkiyə, Azərbaycan, Gürcüstan və İraqın Kürdüstan bölgəsinə birgə istehsal və ixrac istiqamətində bir sıra tədbirlər görülüb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki