image-1backend

İran rəsmisi etiraf etdi:  Bizim yeni Suriya hökuməti ilə əlaqələrimiz yoxdur

image-reklam_sirab_01

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəkayi həftəlik konfransda gündəmə dair sualları cavablandırıb.

Ölkəsinin Suriya siyasəti ilə bağlı açıqlamalar verən Bəkayi İranın əvvəllər Suriyaya müdaxiləsinin terrorizmlə mübarizə məqsədi daşıdığını iddia edərək “Keçmişdə bəzi qruplarla əlaqədə olmuşuq. Lakin Suriyadakı mövcud rəhbərliklə birbaşa əlaqəmiz yoxdur” deyə qeyd edib.

Türkiyə ilə Suriya mövzusunda fikir mübadiləsi apardıqlarını vurğulayan katib “Regionda və Suriyada baş verən hadisələrə cəlb olunan hər bir nümayəndə və tərəf hadisələrlə bağlı öz xüsusi baxışlarına malikdir. Lakin bu baxışların hamısının bizim tərəfimizdən qəbul edilməsi zəruri deyil” ifadələrini işlədib. Xarici İşlər Nazirliyinin mətbuat katibi əlavə edib: “Suriyadakı qeyri-müəyyənlik səbəbindən vətəndaşlarımızın Suriyaya getməsini tövsiyə etmirik. Diplomatlarımız və hərbi müşavirlərimiz Suriyadan çıxıb. Hazırda Suriyada İran vətəndaşı olduğunu düşünmürəm.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image