Ötən həftə Maskatda (Oman) ABŞ və İran nümayəndələri arasında keçirilən danışıqlar zamanı İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi masa üzərindəki 15 min dollara yaxın qiyməti olan qızıl qələmi oğurlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “Azad İran” Telegram kanalı xəbər yayıb.
Məlumata görə, Oman Xarici İşlər Nazirliyini qələmin qiymətinin 14,300 dollar olduğunu bildirib və onun geri qaytarılmasını istəyib.
Qeyd olunub ki, Qəribabadi qızıl qələmi təsədüf ehtimalı oğurladığını və qiymətini bilmədiyini açıqlayıb. O, dəyərli qələmi səfirlik vasitəsilə qaytaracağını vurğulayıb.
Hələlik isə qələmin geri qaytarıldığı və ya “müharibə qəniməti” kimi saxlanıldığı bəlli deyil.