İranın Məsləhət Şurasının üzvü Məhəmməd Sədr bildirib ki, Rusiyanın İranın müdafiə obyektlərinin dəqiq mövqelərini İsrailə ötürməsi Moskva ilə “strateji müttəfiqlik” anlayışının dəyərsiz olduğunu göstərir.
O, qeyd edib ki, Rusiyanın Tel-Əvivdə bağlı xüsusi maraqları var və bunu İsraildə yaşayan bir neçə milyon rus yəhudisi ilə əsaslandırır.
Onun sözlərinə görə, İsrailin son müharibələrdə İranın müdafiə mərkəzlərini dəqiq hədəfə ala bilməsi Rusiyanın ona məlumat verməsi ilə bağlı şübhələr yaradır. Sədr vurğulayıb ki, bu, Qərbin qorxaq davranışları ilə əlaqəli deyil, konkret olaraq Rusiyanın addımlarıdır.
Şura üzvü bildirib ki, Rusiya İsrailin yaradılmasını BMT-də ilk tanıyan ölkələrdən biridir.
Sədr habelə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərini hələ də İrana vermədiyini xatırladıb. O, Rusiyaya tam etibar etməyin doğru olmadığını və İranın qonşusu olsa da, ehtiyatla davranmalı olduğunu deyib.