Vətəninfo.az xəbər verir ki, İranın Ermənistandakı səfiri Xəlil Şirqulami “Sputnik Armenia” saytına müsahibəsində İrandakı etirazlarla bağlı mübahisəli açıqlama verib. O bildirib ki, Tehranda Ermənistanın İrana düşmən qüvvələr üçün mərkəzə çevrildiyi barədə təsəvvür formalaşır.
Səfirin sözlərinə görə, İranda davam edən etirazlar uğur qazanacağı təqdirdə, zərər görən tərəflərdən biri də Ermənistan olacaq. O, bu fikirləri ilə etirazların regional nəticələr doğura biləcəyini iddia edib.
Xəlil Şirqulami, habelə, şənbə günündən etibarən Ermənistandakı İran səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarından, səsləndirilən “hörmətsiz və təhqiramiz şüarlardan” narahatlığını dilə gətirib.
Səfir bu cür addımların İran cəmiyyətinin yaddaşında qalacağını vurğulayıb və Tehranın çətin dövrlərdə Ermənistanın yanında olduğunu xatırladıb.


























