İran koronavirusla əlaqədar qonşu ölkələrlə quru sərhədlərdən vətəndaşların keçidinə tətbiq etdiyi məhdudiyyəti ləğv edib.
Veteninfo.az xəbər verir ki, bu barədə İranın daxili işlər naziri Əhməd Vəhidi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, qonşu ölkələrə vətəndaşların gediş-gəlişi PCR testi və iki doza vaksinlə mümkündür. Bundan başqa bəzi Afrika ölkələri ilə də tətbiq olunan məhdudiyyətlər ləğv edilib:
“Lakin bəzi Avropa ölkələri, o cümlədən Fransa və İngiltərə ilə tətbiq olunan məhdudiyyətlər öz qüvvəsindədir. Digər ölkələrə aid məhdudiyyətlər isə araşdırılmaqdadır”, – deyə, Ə. Vəhidi qeyd edib.
Xatırladaq ki, 25 dekabrda İran qonşu ölkələrlə quru sərhədlərinin vətəndaşlar üçün 15 gün müddətinə bağlı olduğunu elan etmişdi.