image-1backend

İran  Səudiyyə Ərəbistanı ilə nüvə əməkdaşlığı etməyə hazırlaşır

image-reklam_sirab_01

Vətəninfo.az “Tasnim News” istinadən xəbər verir ki, dünən İsfahanda keçirilən nüvə elmi və texnologiyası üzrə 1-ci beynəlxalq konfransda İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Abdullah bin Səud əl-Ənzi ilə görüşüb.
Məlumata görə, Məhəmməd İslami Səudiyyə Ərəbistanının İrandakı səfiri ilə görüşdə deyib:
“Səudiyyə Ərəbistanı yeni bir yanaşma irəli sürüb və nüvə texnologiyasını inkişaf etdirməyə çalışır. Biz bölgə ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etməyə hazırıq”.
Onun sözlərinə görə, qarşılıqlı əlaqələri inkişaf etdirmək səyləri iki ölkənin milli maraqlarına cavab verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki