image-reklam-veteninfo
image-1backend

İran silah istehsal gücünü 2,5 dəfə artırıb

image-reklam-veteninfo

İran silah və müdafiə texnikası istehsal gücünü 2,5 dəfə artırıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Rza Talaynik məlumat verib.

“Fars” agentliyinin onun sözlərindən sitat gətirdiyi məlumata görə, ölkənin silah və müdafiə texnikası istehsal gücü “Ramazan müharibəsi”ndən əvvəlki dövrlə müqayisədə 2,5 dəfə artıb.

Talaynik bildirib ki, bəzi silah növlərinin istehsal həcmi isə üç dəfədən çox yüksəlib.

Qeyd edək ki, İran rəsmisinin “Ramazan müharibəsi” ifadəsi ABŞ və İsrail ilə qarşıdurmanın fevralın sonundan aprelin əvvəlinədək davam edən kəskin mərhələsinə aid edilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki