image-1backend

İran Silahlı Qüvvələrinin Baş Qərargahı: “Qəzaya uğrayan helikopter yüksəkliyə dəydikdən sonra yanıb”

image-reklam_sirab_01

Vətəninfo.az “Asr İran” saytına istinadən xəbər verir ki,  İran Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı hesabatda deyilir:
1-Helikopter artıq planlaşdırılan marşrut üzrə hərəkətini davam etdirib və təyin olunmuş uçuş yolundan çıxmayıb;
2- Helikopter qəzasından təxminən bir dəqiqə yarım əvvəl qəzaya uğrayan helikopterin pilotu uçuş qrupunun digər iki helikopteri ilə əlaqə saxlayıb;
3- Qəzaya uğramış helikopterin qalan komponentlərində güllə izləri və ya oxşar hallar müşahidə olunmayıb;
4- Qəzaya düşən helikopter yüksəkliyə dəydikdən sonra alovlanıb;
5- Ərazinin mürəkkəb relyefi, duman və temperaturun aşağı olması səbəbindən kəşfiyyat əməliyyatı gecəyə qədər uzadılaraq gecə boyu davam etdirilib, bazar ertəsi səhər (səhər saat 5-də) pilotsuz təyyarənin köməyi ilə qəzanın olduğu məkanın dəqiq yeri təyin olundu və o nöqtədə kəşfiyyat əməliyyatları aparıldı;
6- Gözətçi qülləsinin uçuş heyəti ilə danışıqlarında heç bir şübhəli hal müşahidə edilmədi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki