image-386551194_620767903594869_7516628785394992335_nbackend

İran “Starlink” internet qurğusunu ələ keçirdiyini iddia edib 

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, SEPAH- bağlı Tasnim News yazır ki, Zahidanda “xaos yaratmaq” məqsədilə bir casus xidmətinin avadanlığı və “Starlink” cihazı (Amerikanın SpcaceX şirkəti tərəfindən peyk internetini təmin etmək üçün hazırlanmış peyk sistemidir) İranın təhlükəsizlik orqanları tərəfindən ələ keçirilib. Məlumatların guya sözügedən xidmətin agentlərinə təqdim edilməsi nəzərdə tutulurdu.
Zahidan şəhərində bununla bağlı 5 nəfərin də həbs edildiyi bildirilib.
Qeyd edək ki, xəbər agentliyinin iddiasına görə, həbs edilənlərin bəzilərinin İsrail hökuməti ilə əlaqəsi var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki