image-2backend

 İran sualtı qayığı necə batıb? – ABŞ açıqladı

image-reklam_sirab_01

İtmiş “Titan” sualtı qayığının ekipajını xilas etmək ümidləri tükənib.
Vətəninfo.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı “Titan” gəmisinin ekipajını xilas etməyin mümkün olmadığını bildirən video yayımlayıb və Fars körfəzində İran dənizçilərinin batması ilə bağlı xatirəsini paylaşıb. 9 il öncə baş vermiş həmin hadisəni İsrail ifşa edir, İran isə inkar edirdi.
Özünü ABŞ Hərbi Dəniz Akademiyasının məzunu kimi təqdim edən Timoti Ceyms itkin düşən “Titan” sualtı qayığının faciəvi taleyi ilə bağlı video şərhində Fars körfəzində olması ilə bağlı xatirələrini yada salaraq deyib:
“Mən Hərbi Dəniz Qüvvələrində olanda bizim WQC2 adlı bir cihazımız var idi ki, o, sualtı mikrofon idi və su altında səsləri dinləməyə imkan verirdi. Yaxın Şərq bölgəsindəki missiyam zamanı İrana məxsus sualtı qayıq Fars körfəzində suyun dibinə getdi və bu, kədərli bir təcrübə oldu. Təbii ki, biz onlara (İran sualtı qayığının ekipaj heyətinə) kömək etmək istəyirdik, lakin bizə icazə vermədilər. Lakin boruları döyərək kömək istəyən heyətin səsini cihaz vasitəsilə eşidirdik, amma heç nə edə bilmədik. Əvvəlcə onların borulara döyməsinin səsi aydın gəlsə də, vaxt keçdikcə bu səslər azalmağa başladı”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki