İran İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami Əsəd hökumətinin devrilməsindən sonra Suriyada heç bir silahlı İran varlığının olmadığını bildirib.
Vətəninfo.az xəbər verir ki, Səlami İran parlamentində Suriyadakı son hadisələr və İranın izləyəcəyi hərbi strategiyanın müzakirə edildiyi qapalı iclasda çıxış edib.
Səlami İranın hərbi müşavirləri və qüvvələrinin Əsəd hakimiyyətinin devrilməsinə qədər Suriyada olduğunu bildirsə də, hazırda İranın Suriyada heç bir hərbi varlığının olmadığını vurğulayıb.
İclasda bölgədəki hərbi strategiyalar, İsrailin əməliyyatları və İranın İsrailə qarşı əməliyyatları müzakirə edilib. Bundan əlavə, bölgənin təhlükəsizlik və kəşfiyyat vəziyyəti də ətraflı qiymətləndirilib.