image-reklam-veteninfo
image-1backend

İran Təl-Əvivə zərbələr endirməyə davam edir: itkilər var

image-reklam-veteninfo

İranın Tel-Əvivin şərq ətrafına raket hücumu nəticəsində iki nəfər ölüb, bir nəfər ağır yaralanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Magen David Adom təcili yardım xidməti məlumat verib.

Faciə Ramat Gan və Bnei Brak məhəllələrində baş verib.

Məlumata görə, Ramat Ganda ağır qəlpə yaraları almış bir kişi və bir qadının öldüyü bildirilib. Bnei Brakda isə 25 yaşlı bir kişi müalicə alıb və daha sonra ağır əl yarası ilə xəstəxanaya yerləşdirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki