İran üçün Cənubi Qafqazın təhlükəsizliyi vacibdir.
Vətəninfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi brifinq zamanı ölkənin Təhlükəsizlik Şurasının katibi Əli Əhmədyanın Azərbaycan və Ermənistana səfərlərinə istinadən bildirib.
“Cənab Əhmədyanın Bakı və İrəvana səfəri əvvəlcədən planlaşdırılıb. Azərbaycan və Ermənistanla əlaqələrimiz bizim üçün vacibdir və biz bu mühüm regionda təhlükəsizliyin gücləndirilməsi üçün hər şeyi edəcəyik”, – deyə Baqai bildirib.
O qeyd edib ki, təhlükəsizliyi kənar müdaxilə olmadan region ölkələri təmin etməlidir.