İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib ki, İslam Respublikası Vaşinqtonun aqressiv ritorikasına baxmayaraq, diplomatiyaya real şans verir. Vətəninfo.az xəbər verir ki, bu barədə o, X-də (keçmiş Twitter) yazıb.
“Biz diplomatiyaya tam ciddiliklə və müəyyən ehtiyatla şans veririk. ABŞ onun davam edən aqressiv ritorikasının fonunda gələn bu qərarı yüksək qiymətləndirməlidir”, – Baqai deyib.
Onun sözlərinə görə, Tehran şənbə günü keçiriləcək görüşdə Amerika tərəfinin davranışını və mövqeyini qiymətləndirmək və yalnız bundan sonra cavab vermək niyyətindədir.
Xatırladaq ki, İran və ABŞ arasında nüvə sazişi üzrə məsləhətləşmələrin birinci raundunun aprelin 12-də Omanda keçirilməsi planlaşdırılır. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff rəhbərlik edəcək.
Tehranın sözlərinə görə, danışıqlar birbaşa deyil, Maskatın vasitəçiliyi ilə baş tutacaq. Dövlət Departamentinin sözçüsü Tammy Bruce aydınlıq gətirdi ki, görüşü tamhüquqlu danışıqlardan daha çox “kommunikasiya” kimi xarakterizə etmək olar.