image-1119765backend

İran və ABŞ  razılığa gəldi: Dondurulmuş aktivləri geri qaytarıldı

image-reklam_sirab_01

İran və ABŞ sentyabrın 18-də “beşə beş” formatında məhbus mübadiləsi aparacaq. Vətəninfo.az-ın məlumatına görə , bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bildirib.

“ABŞ həbsxanalarında olan 5 İran vətəndaşı və İranda məhbus olan 5 amerikalı bu gün azadlığa buraxılacaq”, – deyə Kənaninin İRNA agentliyi xəbər verib.

Rəsmi əlavə edib ki, 2 İran vətəndaşı öz istəkləri ilə vətənlərinə qayıdır, 1 iranlı üçüncü ölkədə ailəsinə qoşulur, daha 2 nəfər isə ABŞ-da qalmaq istəyir.

Kənani həmçinin bildirib ki, ABŞ-ın təzyiqi ilə Cənubi Koreya banklarında dondurulan İran aktivləri sentyabrın 18-də tamamilə İranın sərəncamında olub.

Tehran və Vaşinqton arasında əldə olunan razılaşmaya əsasən, Amerikanın sanksiyaları səbəbindən Cənubi Koreya banklarında dondurulan 6 milyard dollar İranın istifadəsinə verilib.

Kənani İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqların BMT Baş Assambleyası çərçivəsində vasitəçilər vasitəsilə aparıla biləcəyini istisna etməyib. İran prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün sentyabrın 17-nə keçən gecə Nyu-Yorka gedib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki