Vətəninfo.az Dolat.ir saytına istinadən xəbər verir ki, İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi deyib: “Kəlale-Ağbənd ərazisində Araz çayı üzərində avtomobil və dəmir yolu körpüsünün tikintisinə dair protokol İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının həmsədri Mehrdad Bəzrpaş və Azərbaycan baş nazirinin müavini, komissiyanın həmsədri Şahin Mustafayev tərəfindən imzalanıb və hər iki körpünün tikintisi planının iki ölkənin texniki-icra və iqtisadi işçi qrupunda hazırlanması qərara alınıb.
Araz çayı üzərində dəmir yolu körpüsünün inşasında iki ölkənin əməkdaşlığına toxunan Xademi bildirib: “Azərbaycan dəmir yolu xəttinin İrandan keçməsi üçün dəmir yolu körpüsünün tikintisinə dair tərəflər saziş imzalayıb. Razılaşmaya görə, Azərbaycan tərəfinin investisiyası hesabına Araz çayı üzərində dəmir yolu körpüsü tikiləcək”.
O, dəmir yolu körpüsünün avtomobil körpüsü ilə paralel tikiləcəyini qeyd edib.


























