image-reklam-veteninfo
image-1backend

İran və  Ermənistan dəmir yolu əməkdaşlığını genişləndirir 

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, dünən İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri Sərdrudi erməni həmkarı ilə görüşüb. Görüşdə MDB məkanında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi və İranın İrəvan üzərindən Rusiyaya çıxış marşrutunun açılması müzakirə olunub.

Məlumata görə, tərəflər dayanıqlı dəmir yolu daşımalarının təşkili, marşrut üzrə daşına biləcək yüklərin müəyyən edilməsi və ekspeditor şirkətlərin fəaliyyətinin işə salınması məsələlərinə toxunublar.

Danışıqlarda Azərbaycan və Ermənistan arasında əldə olunmuş son razılaşma kontekstində, Şimal-Cənub dəhlizinin Naxçıvan marşrutu üzərindən açılmasının mümkünlüyü qeyd olunub. Bu addımın İran–Rusiya dəmir yolu əlaqələrinin qurulmasına şərait yarada biləcəyi vurğulanıb. Tərəflər növbəti görüşün yaxın vaxtlarda Tehranda keçirilməsi barədə razılığa gəliblər. (IRIB News)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki