image-reklam-veteninfo
image-1backend

İran və  Rusiya dəniz sanksiyalarından gizli yollarla yayınır 

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Britaniyanın nüfuzlu analitik mərkəzi Royal United Services Institute (RUSI)-nin yeni hesabatında bildirilir ki, Rusiya, İran və Şimali Koreya beynəlxalq dəniz sanksiyalarından yayınmaq üçün getdikcə daha mürəkkəb və aldadıcı üsullardan istifadə edirlər.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, gəmi bayraqlarının qeydə alınması sistemində struktur islahatları aparılmasa, bu ölkələrə qarşı tətbiq edilən sanksiyalar ciddi şəkildə zəifləyə və effektivliyini itirə bilər.

Hesabata görə, bu ölkələr aşağıdakı taktikaları geniş şəkildə tətbiq edirlər:

🔹Gəmi sahibliyinin gizlədilməsi;

🔹Avtomatik İdentifikasiya Sistemlərinin (AIS) söndürülməsi;

🔹Nəzarəti zəif olan ölkələrdə qeydiyyatdan keçmə;

🔹Saxta bayraqlardan istifadə.

RUSI ekspertləri bildiriblər ki, “gəmilərin nizamlanmayan bayraqlara çıxış imkanının asanlığı və mülkiyyətin qeyri-şəffaflığı beynəlxalq hüquqdan yayınmağa şərait yaradır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki