İran prezidenti Məsud Pezeşkian və Vladimir Putin Türkmənistanda keçirilən Müstəqil Dövlətlər Birliyinin sammiti və Xəzər dənizi ilə bağlı iclas çərçivəsində bir araya gəliblər.
Görüşdə tərəflər energetika, kənd təsərrüfatı, nəqliyyat və ticarət də daxil olmaqla əsas sahələrdə iqtisadi və strateji əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunub.
TASS xəbər agentliyi bildirib ki, Rusiya Prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkiyan ilə görüşündə Yaxın Şərqdəki mövcud vəziyyəti “kritik və kəskin” kimi qiymətləndirib və Moskvanın İranın hazırkı şəraiti idarə etməsinə kömək etməyə tam hazır olduğunu vurğulayıb.
“Rusiya Yaxın Şərq böhranının həllində İranın yanındadır”, – Putin vurğulayıb.
Söhbət zamanı tərəflər birgə layihələrin yekunlaşdırılması və tamamlanması prosesinin sürətləndirilməsinin vacibliyini, hər iki ölkənin milli mənafeləri və regional sabitlik naminə hərtərəfli əməkdaşlığın miqyasını genişləndirmək əzmində olduqlarını vurğulayıblar.


























