İran prezidentinin vəzifəsini icra edən Məhəmməd Moxber və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Vətəninfo.az xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi saytı xəbər verir.
Məlumata görə, İran və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, xüsusilə Şimal-Cənub tranzit dəhlizi, BRİKS qrupu və Avrasiya İqtisadi Birliyi ilə bağlı müzakirələr nəzərə alınmaqla qarşılıqlı əməkdaşlığın hüquqi əsaslarının möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.