image-reklam-veteninfo
image-1backend

İran vətəndaşlarının  ABŞ-yə səfər etməsinə məhdudiyyətlər qoyulub

image-reklam-veteninfo

Bu gün ABŞ Vətəndaşlıq və Miqrasiya Xidməti (USCIS) yeni bir qayda tətbiq edərək, “yüksək riskli ölkələr”dən olan vətəndaşlarının bütün sığınacaq və miqrasiya müraciətlərini dayandırıb. Bu qərar, doğulduqları ölkəyə əsaslanaraq, ikili vətəndaşlıq halları da daxil olmaqla, müxtəlif müraciətlərə təsir göstərəcək.

Vətəninfo.az xəbər verir ki, ABŞ-yə köç müraciətləri edən şəxslərin vətəndaşlıqları ilə əlaqəli olmayaraq, onların doğulduğu ölkə nəzərə alınacaq. Bu qaydanın “10949 saylı Prezidentin Bəyannaməsi” çərçivəsində yer alan 18 ölkənin vətəndaşlarına da şamil edildiyi açıqlanıb.

İyun ayında Donald Trampın göstərişi ilə İran və 11 başqa ölkənin vətəndaşlarının Amerikaya səyahətinə qadağa qoyulmuş, daha 7 ölkənin vətəndaşlarına isə məhdudiyyətlər tətbiq edilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki