image-download-1backend

İran xarici işlər nazirindən iddia: “İran daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməkdə davam edir”

image-reklam_sirab_01
Yanvarın 24-də İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin 6-cı iclası çərçivəsində görüşüb və iki ölkə arasında dostluq əlaqələrinin genişləndirilməsi yollarını müzakirə ediblər.
Vətəninfo.az xəbər verir ki, görüşdə Əmir Abdullahiyan Azərbaycanın qonşuluqdakı mövqeyinə və İran İslam Respublikasının xarici siyasətində bu sahənin prioritetliyinə toxunaraq qeyd edib: “Cənubi Qafqazda baş verən proseslər, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və bununla bağlı atəşkəs sazişi regionda sabitlik və inteqrasiya üçün yeni pəncərələr və imkanlar açıb. Region ölkələrinin ərazi bütövlüyünün qorunub saxlanması bizim üçün önəmlidir və İran Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki