image-3backend

İran Xarici İşlər Nazirliyinin sözçüsü:”Tehran tərəddüd etmədən müdafiə imkanlarını gücləndirəcək”

image-reklam_sirab_01

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani ABŞ dövlət katibi Entoni Blinkenin İranı tənqid etməsini pisləyib və qeyd edib ki, Tehran tərəddüd etmədən müdafiə və çəkindirmə imkanlarını gücləndirəcək. Bu barədə Vətəninfo.az İranın “Tasnim” agentliyinə istinadən xəbər verir .

Kənani Fələstin xalqına İranın dəstəyini xatırladıb: “ABŞ dövlət katibi ölkəsinin aparteid sionist rejiminə hərtərəfli dəstəyi ilə paralel olaraq İran İslam Respublikasına qarşı əsassız şərhlər verib.

“ABŞ-ın digər hökumətlərə qarşı güc tətbiq etmək hədəsi beynəlxalq hüquqa, xüsusən də BMT Nizamnaməsinə ziddir, buna görə də İran İslam Respublikası çəkindirici gücünü gücləndirməkdən, hüquqlarını və təhlükəsizliyini qorumaqdan çəkinməyəcək”, – deyə ABŞ rəsmilərinə məsləhət verən Kənani əlavə edib. İrana qarşı əsassız ittihamlardan çəkinin”.

Tasnim qeyd edir ki, ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda keçirilən Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin illik sammitində İranı nüvə silahı əldə etmək niyyətində ittiham edib və Tehrana qarşı təhdidini təkrarlayıb ki, bütün cavab variantları nəzərdən keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki