Vətəninfo.az xəbər verir ki, dünən İranın xarici işlər naziri Abbas Əraqçı mayın 11-də Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun ona nüvə razılaşması ilə bağlı yazılı təklif vermədiyini deyib.
“Ola bilər ki, nəsə Oman vasitəsilə ötürülsən, ancaq hələlik heç bir təklif almamışıq”, – deyə, Əraqçı bildirib.
Qeyd edək ki, daha öncə “Axios” nəşri Omanda keçirilən nüvə danışıqlarının dördüncü raundunda Uitkoffun İran XİN rəhbərinə nüvə sazişi təklifi təqdim etdiyini yazıb.