Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, ABŞ İslamabad Anlaşma Memorandumunun müxtəlif müddəalarını pozub və sənəd hazırda böhran mərhələsinə daxil olub. Bəqayi bu barədə keçirdiyi mətbuat konfransında danışıb.
Vətəninfo.az xəbər verir ki, onun sözlərinə görə, İran heç vaxt beynəlxalq öhdəliklərini pozan ilk tərəf olmayıb və danışıqlarda hər zaman ölkənin milli maraqlarını əsas götürərək razılaşmalara sadiq qalıb.
Sözçü iddia edib ki, razılaşmaları sistemli şəkildə pozan tərəf məhz ABŞ olub.
Bəqayi bildirib ki, Vaşinqton İranın Hörmüz boğazı ilə bağlı öhdəliklərini yerinə yetirməsi üçün Memorandumun 5-ci maddəsində nəzərdə tutulan müddətin tamamlanmasını belə gözləməyib və sənədin icrasından ilk günlərdən geri çəkilməyə başlayıb.


























