Vətəninfo.az xəbər verir ki, Turkiyədə səfərdə olan İran xarici işlər naziri Əli Baqeri Kəni CNN Türk telekanalına müsahibəsində İsrailə Livana qarşı müharibəyə qarşı xəbərdarlıq edib və şimalda müharibə olacağı təqdirdə İranın hansı dəstəyi verəcəyini bildirib.
“Əgər sionistlər Qəzza bataqlığından Livan quyusuna düşmək istəsələr, biz onlara bunu etməyi tövsiyə etmirik”,- deyən o, İranın “İsrailə qarşı çəkindirici qüvvə yaratmaq üçün öz gücündən istifadə etmək öhdəliyi olduğunu” vurğulayıb.
İsrailin şimalında müharibə başlayacağı halda İranın hansı dəstəyi verəcəyi sualına Əli Baqeri belə cavab verib: “Biz həmişə müqavimət cəbhəsini dəstəkləmişik. Biz onları dəstəkləməyə davam edəcəyik”.