image-1backend

İran XİN: “Biz istənilən ssenariyə hazırıq”

image-reklam_sirab_01

Vətəninfo.az  xəbər verir ki, bu gün İranın xarici işlər naziri Abbas Əraqçı “Əl-Cəzirə” telekanalına müsahibəsində İsrailə xəbərdarlıq edib.
“Biz müharibə və ya eskalasiya istəmirik, ancaq istənilən ssenariyə hazırıq. İsraillilər bizim iradəmizi sınaya bilərlər. Bizə hücum edilərsə, bunu diqqətlə araşdırıb müvafiq cavab verəcəyik”, – deyə, İran XİN başçısı vurğulayıb.
Onun sözlərinə görə, İsrail kütləvi müharibə axtarır və ölkələri bu müharibəyə sürükləmək istəyir.
Əraqçı qeyd edib ki, İran kütləvi müharibə istəməyən yeganə ölkə deyil, ancaq bu müharibənin fəlakətli mahiyyəti hamıya bəllidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki