image-1backend

İran XİN: “Cənubi Qafqazda təhlükəsizlik İran üçün vacibdir”

image-reklam_sirab_01

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün həftəlik brifində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əliəkbər Əhmədiyanın  Azərbaycan və  Ermənistana səfərindən söz açıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin “Telegram” kanalı xəbər verir.
“Əhmədiyanın Bakıya və İrəvana səfəri öncədən planlaşdırılıb və həyata keçirilib. Bizim həm Azərbaycan, həm də Ermənistanla əlaqələrimiz mühümdür. Cənubi Qafqazda təhlükəsizlik bizim üçün vacibdir və Tehran bölgədə təhlükəsizliyi qorumaq və artırmaq üçün bütün imkanlardan istifadə edir. Bu vacib bölgədə təhlükəsizlik xarici müdaxilələrdən uzaq, region ölkələri tərəfindən təmin edilməlidir”, – deyə, İsmayıl Bəqai vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image