image-1backend

İran XİN: “İran-Azərbaycan münasibətləri düzgün istiqamətdədir”

image-reklam_sirab_01

Vətəninfo.az İRNA – ya istinadən xəbər verir ki, bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani jurnalistlərlə keçirdiyi həftəlik mətbuat konfransında İran və Azərbaycan arasında münasibətlərin son vəziyyətini açıqlayıb:
“İran və Azərbaycan arasında müxtəlif məsələlər var. İranda Azərbaycan səfirliyinin fəaliyyətinin bərpası hər iki tərəfin əsas gündəliklərindən biridir və hazırda iki ölkə arasında münasibətlər düzgün istiqamətdə irəliləyir. Ölkələr arasında səfirlərin təyinatı məsələsinə də baxılır”.
Naser Kənani habelə Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən cinayətkarın məhkəməsinin keçirilməsi məsələsinə toxunub: “Məhkəmə keçirilir, ancaq bu müddət ərzində Məhkəmə-Ədliyyə orqanının Xarici İşlər Nazirliyinə konkret müraciət edib-etməməsi haqqında məlumatım yoxdur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki